"Xocalı qan yaddaşımız" adlı tədbir keçirilib

    Hər il xalqımız Xocalı soyqırımı­nı böyük kədər, qəm - qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxu­yur. Bu il soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki, nəhayət 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.

    26 fevral 2024 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 32 - ci ildönümünə həsr olunmuş "Xocalı qan yaddaşımız" adlı tədbir keçirilib. Tədbir V C sinif şagirdləri, sinif rəhbəri Şahbazova Fidan müəllimənin rəhbərliyi ilə hazırlanıb. Tədbirdə məktəbin direktoru Əliyeva Zeynəb, müavinləri, psixoloq, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şagirdlərin ifasında faciə ilə bağlı şeirlər, mahnılar oxunub, həmin hadisələrlə bağlı videoçarxlar izlənilib, səhnəciklər nümayiş olunub. Sonda məktəbin direktoru Əliyeva Zeynəb çıxışında bildirib ki, bu qanlı tarixi unutmaq, unutdurmaq mümkün deyildir. Ermənilərin xalqımıza qarşı törətdikləri bu soyqırımın qisası 30 ildən sonra "Dəmir yumruq" əməliyyatı nəticəsində alınmış, Xocalı azadlığa qovuşmuşdur! Əziz Xocalı, sən azadsan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi