"Memorial Soyqırım muzeyinə" və "Xocalı abidəsi"nə ekskursiya

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsr dünya tarixinin ən qəddar soyqırım aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    "Xocalı soyqırımı" və xalqımıza qarşı törədilmiş qanlı cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, gənc nəslin məlumatlandırılması məqsədilə Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin Vl A, Vlll C sinif şagirdlərinin iştirakı, sinif rəhbərləri Zahidova İradə, Həsənova İlhamə və tarix müəllimi Məmmədova Zümrüdün rəhbərliyi ilə "Memorial Soyqırım muzeyinə" ekskursiya, "Xocalı abidəsi"nə ziyarət təşkil olunub. Bu cür tədbirlər təəssüratları ilə silinməz izlər yaradır. Böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, tarixini bilib, gələcəyini yaratması böyük əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi