"Siqaret çəkmənin sağlamlığa təsiri" mövzusunda sinif təşkilat saatı keçirilib

    Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə reproduktiv sağlamlıq layihəsi çərçivəsində Vlll A, VIII B, VIII C - siniflərində "Zərərli vərdişlər: Siqaret çəkmənin sağlamlığa təsiri" mövzusunda sinif təşkilat saatları aparılıb. Sinif təşkilatlarında məktəbin psixoloqu siqaret çəkmənin insanın sağlamlığına və psixologiyasına mənfi təsirlərindən danışıb. Yeniyetmələr arasında bu zərərli vərdişin çox yayılması təəssüflə qeyd edilib və onların bu zərərli vərdişin aludəçisi olmamaq üçün özlərində formalaşdırmalı olan xarakter xüsusiyyətləri barədə onlara tövsiyyələr verilib. Sonda şagirdlərlə siqaret çəkmənin insana təsiri mövzusunda debat aparılıb. Debat zamanı qrupların sadaladığı arqumentlərlə bu zərərli vərdişlərin insana nə kimi mənfi təsirlərinin olduğunu bir daha dərk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi