Ana Dili Günü Buzovna qəsəbəsinin kütləvi kitabxanasında qeyd olunub

    21 fevral 2024 - cü il tarixində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Salami Gülarə, 6 B sinif şagirdləri ilə birlikdə Buzovna qəsəbəsinin kütləvi kitabxanasında təşkil olunan tədbirdə iştirak ediblər. Müəllim ana dilinin əvəzolunmaz əhəmiyyətindən danışaraq şagirdləri ana dilini daim qorumağa, inkişaf etdirməyə çağırıb. Ana dilinin insanın ən səmimi duyğularını ifadə etməyə, düşüncələrimizin inkası - əksi olan mənəvi güzgüyə çevrilməsi kimi fikirlər bu tədbirdə səslənib. Şagirdlər ana dilinə həsr olunmuş şeirləri böyük sevgi və iftixar hissi ilə söyləyərək gözəl təəssüratlar yaratmışlar. Qoy ana dilimiz günəş kimi əbədi olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi