Məktəb rəhbərliyi və sinif rəhbərləri ilə birgə iclas keçirilib

20 fevral 2024 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərləri ilə birgə növbəti iclas keçirilib. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Zabitə İbrahimova gündəlikdə duran məsələlər ilə yanaşı qonşu məktəblərdə baş verən xoşagəlməz hadisələrlə bağlı məlumatları iştirakçıların nəzərinə çatdırdıqdan sonra iclasa başlayıb.
2023 - 2024 - cü tədris ilində sinif və elektron jurnalların işlənməsi vəziyyəti, məktəbdə təhlükəsizliyin təminatı, sağlam mənəvi - psixoloji işin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, müəllimlərin etik davranış qaydalarına riayət edilməsi, növbətçilik işinin düzgün yerinə yetirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı nəzarətin artırılması ilə əlaqədar geniş çıxış edib. Qeyd olunan mövzularla bağlı müəllimlərin fikir və təklifləri dinlənilib. Sonda cari məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.