Təşkilat saatında "Ana Dili Günü" qeyd olunub

    Ana dilimiz, müqəddəs varlığımız hesab etdiyimiz doğma Azərbaycan dilimiz! Tarixin sərt sınaqlarından mətanətlə çıxan ana dilimiz! Ən dəyərli milli sərvətimiz! Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflığının qorunması üçün çox böyük işlər görüb. Ümummilli liderimiz deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın igid oğullarının qanı, canı bahasına işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan vətəndaşları öz şirin doğma dillərində danışır, hər daş, hər qaya bu səsdən sevinir, doğma dildən  Xarıbülbül daha gözəl çiçəklər açır. Doğma dilimizi, bu qiymətli incini göz bəbəyimiz kimi nəsillərə çatdırmalıyıq.

    21 Fevral Beynəlxalq "Ana Dili Günü" ilə əlaqədar V B sinfinin təşkilat saatında şagirdlər ana dilimizə həsr olunmuş şeirlər söyləyib, "Gəlin ana dilində danışaq" mövzusunda maraqlı şəkillər hazırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi