Məktəbin kitabxanasında "Ana Dili Günü"nə həsr olunmuş tədbir keçirilib

    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan inkişaf etdirən ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

    Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxanasında 21 fevral 2024 - cü il tarixində məktəb şagirdləri ilə "Ana Dili Günü"nə həsr olunmuş silsiləli tədbir keçirilib. Tədbirdə kitabxana müdiri Cəmalə Nağıyeva və ibtidai sinif müəllimi Sara Quliyeva şagirdlərə öz doğma ana dilimiz haqqında geniş məlumat veriblər. Şagirdləri vətənpərvər ruhda böyüməyə, onlarda milli adət - ənənə hissini aşılamağa çalışıblar. Şagirdlər tərəfindən ana dilinə həsr olunmuş şeirlər səslənib. Görkəmli yazıçı, milli dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin "Ana dili" haqqında müdrik kəlamlarından söhbət açılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi