Yuxarı siniflərdə valideyn iclasları keçirilib

    "Valideyn - müəllim - şagird üçbucağı" adlı layihə ilə bağlı Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin yuxarı siniflərində valideyn iclasları keçirilib. Sinif iclaslarında sinif rəhbərləri valideynlərlə təlim nəticələrini, şagirdlərin davranışını, dərslərə davamiyyətini müzakirə ediblər. Məktəbin psixoloqu Həsənova İlhamə yeniyetməlik yaş dövrü, valideyn - övlad münasibətləri, müəllim - şagird münasibətləri haqda ətraflı şəkildə məlumat verib. İclaslarda eləcə də valideynlərin məktəblə əməkdaşlığının zəruriliyi barədə məsləhətlər verilib. Çünki valideynin məktəblə əməkdaşlığı şagirdlərin məsuliyyətinin artmasıdır. Şagirdlər sabahın qurucu qüvvəsidir. Cəmiyyətimizin həm fiziki, həm də mənəvi cəhətdən sağlam mühitə sahiblənməsi üçün şagirdlərin düzgün təlim və tərbiyəsi hər birimizi maraqlandırmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi