"Monitorinq - 3" keçirilib

Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə BŞTİ - nin əmrinə əsasən 19 fevral tarixində Vlll siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili, IX siniflərdə Azərbaycan dili, riyaziyyat fənlərinin tədris vəziyyətini öyrənmək məqsədilə məktəb rəhbərliyi, nəzarətçi müəllimlərin iştirakı ilə "Monitorinq - 3" keçirilib. Monitorinqdə Vlll siniflər üzrə 69 şagirddən 6 şagird, IX siniflər üzrə 73 şagirddən 4 şagird iştirak etməyib. Monitorinq təlimata uyğun olaraq şəffaf şəkildə həyata keçirilib.