I yarımilinin yekununa həsr olunmuş pedaqoji iclası keçirilib

2 fevral 2024 - cü il tarixində Bakı şəhəri Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin I yarımilinin yekununa həsr olunmuş növbəti pedaqoji iclası keçirilib. İclasda məktəbin direktoru Əliyeva Zeynəb Gənclər Günü münasibəti ilə gənc müəllimləri təbrik edərək onlara uğurlar arzulayıb. Fəaliyyəti ilə fərqlənən rus dili fənnini tədris edən Qəmbərova Rəziyə Zahid qızı Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.
Məktəbin direktoru Əliyeva Zeynəb IV, VI, VII, VIII siniflərdə Azərbaycan dili fənninin tədrisinə aid monitorinqlərin nəticələrini təhlil edərək uğurlu nəticəyə görə Xəzər rayonu üzrə I yer tutan sinifləri təbrik edib. I yarımildə keçirilən tədbirlərə, nümunəvi dərslərə münasibət bildirilib. Siniflər üzrə I yarımilin hesabatları dinlənilib, II yarımildə daha uğurlu nəticələr əldə etmək üçün səmərəli fəaliyyət göstərmək tövsiyə olunub. Pedaqoji iclasda ölkəmiz üçün çox əhəmiyyətli bir gün - 7 Fevral Prezident Seçkiləri Günündə fəal olmaq tövsiyyə olunub.