İlk dərs 20 Yanvar mövzusuna həsr olunub

    Zaman ötür. İllər əsrlərə, əsrlər minilliklərə - tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir. 34 ildir Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. İlk dərs saatında sinif rəhbəri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı l - lV siniflərdə "20 Yanvar şəhidləri",  V - lX siniflərdə "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri", X - Xl siniflərdə "20 Yanvarın bizə verdiyi vətəndaş dərsi" mövzuları ətrafında dərslər keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi