"Azadlığa gedən yol" adlı ədəbi - bədii kompozisiya keçirilib

    Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura - uçura, dağıda - dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, qanlı 20 Yanvar kimi.

    20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə "20 Yanvar faciəsi"nin 34 illiyinə həsr olunmuş "Azadlığa gedən yol" adlı ədəbi - bədii kompozisiya keçirilib. Tədbiri məktəbin təşkilatçısı Səlimova Mehriban müəllim və V - Vll - Vlll sinif şagirdlərinin iştirakı ilə təşkil olunub. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında "Qanlı Yanvar faciəsi" ilə bağlı şeirlər, mahnılar, həmin hadisə ilə bağlı səhnəcik nümayiş edilib. Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, əbədi xatirə kimi həmişə yad edəcəkdir. Onların xatirəsi bizim üçün əbədi və müqəddəsdir!

Günəş qürub edib, ömür sönüb,

Bu yerdə əbədi bir məşəl yanır.

İnsan dəstələri axıb buraya

Şəhid olanları bu yerdə anır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi