“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş müsabiqə qaliblərinin mükafatlandırılması keçirilib

    Bakı şəhəri Xəzər rayonunda “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiya və müsabiqə qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərin rolu danılmazdır.

    Həmin tədbirdə Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin Vll B sinif şagirdi dəfələrlə Beynəlxalq müsabiqələrin qalibi olmuş, klarnet musiqi alətinin ifaçısı Mirzəyev Mirzəmməd də Xəzər rayon İcra Hakimiyyətinin diplom və hədiyyəsi ilə təltif olunmuşdur. Şagirdimizi təbrik edir, yeni - yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi