Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tədbiri keçirilib

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq - iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2024 - cü ilin gəlişi münasibətilə 28 dekabr 2023 - cü il tarixində məktəbin təşkilatçısı Səlimova Mehriban müəllimin təşkilatçılığı və ibtidai sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirilib. Tədbirdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Zabitə İbrahimova və müəllim kollektivi iştirak edib. Şaxta baba və Qar qızın gəlişi uşaqların sevincini daha da artırıb. Siniflərin bir - birindən rəngarəng çıxışları tədbiri daha da canlandırıb. Rəngarəng rəqslər, ifa olunan mahnılar alqışlarla qarşılanıb. Sonda Şaxta baba və Qar qız bir daha xalqımızı, məktəb kollektivini, şagirdlərimizi Həmrəylik Günü münasibətilə təbrik edib yeni ildə yeni uğurlar qazanmağı arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi