"Yeni ilin, yeni arzuları" adlı tədbir keçirilib

    Yeni il yeni arzularla, yeni ümidlərlə hər kəsin ürəyinə oxşasın. Yeni ilin ən gözəl günləri sizlərin simasında, gül balaların çöhrəsində görünsün. Yeni il hər evə, hər qapıya ruzi, bərəkət xoş ovqat gətirsin. 2023 - cü ili də beləcə başa vurub, IV B sinif şagirdləri köhnə ilin son günlərini yola salıb, yeni ilin gəlişini qarşılayıb. 27 dekabr 2023 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxana müdiri Cəmalə Nağıyeva, sinif rəhbəri İlahə Məmmədovanın rəhbərliyi və IV B sinif şagirdlərinin iştirakı ilə "Yeni ilin, yeni arzuları" adlı tədbir keçirilib. Yeni il personajları olan şaxta baba və qar qız tədbiri daha da canlandırıblar. Şagirdlər həm milli, həmdə xarici rəqslər ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi