"Qarabağın coğrafi mövqeyi, təbii şəraiti, təbii sərvətləri" mövzusunda tədbir keçirilib

27 dekabr 2023 - cü il tarixində Xəzər rayonu Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbdə "Qarabağın coğrafi mövqeyi, təbii şəraiti, təbii sərvətləri" mövzusunda tədbir təşkil olunub. Tədbir məktəbin Vll A sinif şagirdlərinin iştirakı və məktəbin coğrafiya fənnini tədris edən İmaməliyeva Hökumə müəllimin rəhbərliyi ilə keçirilib. Tədbiri giriş sözü ilə açan İmaməliyeva Hökümə müəllim ilk öncə qədim Azərbaycan torpağı, onun füsunkar guşəsi olan Qarabağın çox nadir və təkrarolunmaz iqlimə, təbii şəraitə, faydalı qazıntılara, zəngin bitki örtüyü və heyvanlar aləminə malik olduğunu qeyd edib. Qarabağ şəhidlərinin Anım Günü rəmzi olan Xarıbülbül bitkisi haqqında geniş məlumat verib.
Tədbirdə iştirak edən şagirdlər Qarabağın coğrafi mövqeyi, relyefi, təbii sərvətləri, haqqında məlumat veriblər, Qarabağın zəngin turizm potensialına malik olduğunu, Şuşanı Azərbaycan turizminin simvol şəhərlərindən biri olduğunu qeyd ediblər. Sonda işğaldan azad olunmuş torpaqlarımızda, bərpa işlərinin təməlinin qoyulması vurğulanıb. Qeyd edilib ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa - quruculuq işləri uğurla davam edir. Tədbir xoş təəssüratlarla tamamlanıb.