"İntihar nədir?" mövzusunda tədbir keçirilib

26 dekabr 2023 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli məktəbdə "İntihar nədir?" mövzusunda tədbir keçirilib.Tədbirdə məktəbin psixoloqu Həsənova İlhamə bildirib ki, hazırda intihar çox mürəkkəb qlobal bir fenomendir və bütün dünyanı narahat edir. İntihar halına müxtəlif yaş qruplarında rast gəlinir. Səbəbləri psixoloji, sosioloji, bioloji, ailə - məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Uşaq və yeniyetmələrin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönləndirir, mənəvi boşluq, ümidsizlik yaradır. Bu hal isə onları depressiyaya salır və sonda intihara belə gətirib çıxarır. Şagirdlərlə bu kimi hadisələr müzakirə edilib. Sonda bildirilib ki, intihar heç vaxt çıxış yolu deyil. Kim əgər belə problemlə rastlaşırsa mütləq professional dəstək almalıdır. Sonda şagirdlərin sualları cavablandırılıb.