Firudin bəy Köçərli adına kitabxanada mütaliə təşkil olunub

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023 - 2024 - cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4 - cü bəndinə əlavə olaraq "Dilimizi qoruyaq" şüarı altında 22 dekabr 2023 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxana müdiri, Nağıyeva Cəmalənin təşkilatçılığı, sinif rəhbəri Kazımlı Ülviyyənin rəhbərliyi Vl B sinif şagirdlərinin iştirakı ilə Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə əməkdaşlıq cərcivəsində kitabların mütaliəsi təşkil olundu.

    F. Köçərli adına kitabxananın nümayəndəsi Günel xanım şagirdlərə Firudin bəy Köçərli haqqında geniş məlumatlar verdi. Böyük xadim, ədəbiyyatşunas,uşaqlar haqqında maraqlı hekayələr yazan Firudin Bəy Köçərlinin "Balalara hədiyyə"kitabı müzakirə olundu.Həm yerli, həm də xarici yazıçıların kitabları haqqında yeni məlumalar verildi .Şagirdlər maraqlandığı kitablar ,ensklopediyalar və jurnallara tanış oldular.Onlar kitabı oxumaqla yanaşı, həm də kitabların cəmiyyət üçün nə qədər yararlı, dünyagörüşü artmasında nə qədər səmərli olduğunu anladılar.F. Köcərli adına kitabxananın nümayəndələri,məktəbimizin kitabxanası ilə müqavilə bağlayaraq,bizimlə tez-tez görüş keçirilməyi arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi