"Payızın son günü" adlı tədbir təşkil olunub

    Hər fəslin öz gözəlliyi olduğu kimi, payız fəslinin də öz əhval - ruhiyyəsi vardır. Payız qışın xəbərçisidir. Gözəlliyi ilə göz oxşayan bu fəsil, bərəkəti ilə də könül oxşayır.

    Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxanasında 20 dekabr 2023 - cü il tarixində, kitabxana müdiri Cəmalə Nağıyevanın təşkilatçılığı ilə sinif rəhbəri Vüsalə Həmdullayevanın və 3 C sinif şagirdlərinin iştirakı ilə "Payızın son günü" adlı tədbir təşkil olunub. Tədbirdə şagirdlərin rəngarəng çıxışları, göstərdikləri səhnəciklər, söylədikləri şeirlər və oynadıqları rəqslər böyük maraqla qarşılanıb. "Meyvələrin söhbəti", "Çətir rəqsi", "Qızıl payız şeiri" və digər çıxışlar nümayiş olunub. Beləcə onlar payızı yola salıb, qışı səbirsizliklə gözlədiklərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi