"Dilimizi qoruyaq" şüarı altında reportaj

    Sarsılmaz özülə malik olan milli - mənəvi dəyərlər sistemimizin önündə gələn Ana dili milli ruhumuzun bərqərar olduğu ən ali, ən böyük milli dəyərimizdir. Milli - mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023 - 2024 - cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4 - cü bəndinə əlavə olaraq "Dilimizi qoruyaq" şüarı altında məktəbin X A sinif şagirdi Validə İmaməliyeva Azərbaycan Milli Ensiklopediyasının Tibbi Biologiya Redaksiyasının baş elmi redaktoru Əməkdar Mədəniyyət işçisi nənəsi İmaməliyeva Validə xanımdan "Ana dili" mövzusu ilə bağlı reportaj aparmışdır. Verilən suallara cavab olaraq Validə xanım bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Bu gün dilimizin dövlət statuslu dillər arasında olması, dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ümummilli Liderimiz Heydər Əliyev gələcək nəsillərə əbədiyaşar sözlərlə səslənərək söyləyib ki, “...Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməli, bu dildə səlis danışmalı və bu dili sevməlidir. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”. Ana dilimiz - Azərbaycan dili bizim Günəşimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi