"Bullinq nədir?" mövzusunda ümumməktəb tədbiri keçirilib

    18 dekabr 2023 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə dövrümüzün ən aktual problemlərindən olan "Bullinq nədir?" mövzusunda ümumməktəb tədbiri keçirilib. Tədbirdə məktəbin psixoloqu Həsənova İlhamə bullinq davranışı, növləri barədə məlumat verib. Bullinq davranışının həm bullinq edənin, həm də bullinqə məruz qalanın şəxsiyyətinə mənfi təsiri izah edilib. Şagirdlərin nəzərinə çatdırılıb ki, əgər onlar bullinqə məruz qalırlarsa, yaxud bullinq hadisəsinin şahidinə çevrilirsə kimə müraciət etməlidirlər? "Bullinq davranışı zamanı müəllimlərin və valideynlərin hadisəyə münasibəti necə olmalıdır?" kimi məsələlər müzakirə edilib. Bullinq bəzən sadə zarafat kimi görünür, lakin bu hal insanı depresiyaya salır və hətta intihara belə sövq edə bilir. Ona görə hər bir insan başqalarına münasibətdə empatiya qurmağı bacarmalıdır. Tədbirdə mövzu ilə bağlı video çarx izlənilib və onları maraqlandıran suallara cavab verilib. Bullinq iştirakçısına və qurbanına çevrilməmək üçün tövsiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi