Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Dahi şəxsiyyət" adlı tədbir keçirilib

    Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi milli birliyimizə, inkişafımıza, xalqımızın rifahına xidmət edib. Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Dahi şəxsiyyət" adlı tədbir məktəbin VI C sinif şagirdləri, sinif rəhbəri Həsənova Fidan müəllimin rəhbərliyi ilə təşkil olunub. Tədbir Azərbaycanın Respublikası Dövlət Himni ilə başlanıb. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, videosüjetlər izlənilib. Sonda məktəbin tarix müəllimi Məmmədova Zümrüd qeyd etdi ki, Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Məhz ulu öndərin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün biz bütöv Azərbaycanda yaşayır və işğaldan azad edilən torpaqlarımızda ümummilli lideri anıb, xatirəsini dərin ehtiramla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi