"Tariximizin daş yaddaşı - Qobustan"a ekskursiya təşkil olunub

    10 dekabr 2023 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbin VI C sinif şagirdlərinin asudə vaxtlarını səmərəli keçməsi üçün məktəbin tarix fənnini tədris edən Məmmədova Zümrüd müəllimin rəhbərliyi ilə "Tariximizin daş yaddaşı - Qobustan"a ekskursiya təşkil olunub. Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdlərə hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında millətimizin keçmişi, kim olmağımız, haradan gəlib, hara getməyimizin cavabı, sevgimizin, nifrətimizin, gücümüzün, səbrimizin yaddaşı, musiqimizin səsi olan Qobustan haqqında məlumat vermək, maddi mənbələr, mağaralar, yaşayış tərzləri ilə tanış etməkdir. Xalqımızın qədim tarixini özündə əks etdirən Qobustanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi