"Nağıllar Aləminə Səyahət" adlı tədbir keçirilib

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2023 - 2024 - cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4 - cü bəndinə əsasən "Dilimizi qoruyaq" şüarı altında Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxana müdiri Cəmalə Nağıyevanın təşkilatçılığı və 2 C sinif rəhbəri Aynurə Cəfərovanın rəhbərliyi ilə "Nağıllar Aləminə Səyahət" adlı tədbir keçirilib. Tədbirdə şagirdlər "Göyçək Fatma", "Qırmızı papaq", "Turp", "Cırtdan", "100 sevimli nağıl", "Nənəmin nağılı" kimi nağıl personajlarını canlandırıblar. Kitabxanaçı və sinif rəhbəri şagirdlərə nağıllar haqqında geniş məlumat verərək, onlara nağıl qəhrəmanlarından ətraflı məlumat veriblər. Uşaqlar böyük həvəslə məlumatları dinləyib, maraqlı çıxışlar və səhnəciklər nümayiş etdiriblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi