"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələ keçirilib

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə noyabr ayında 8 A, 8 B, 8 C sinif rəhbərlərinin təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq" layihəsi çərçivəsində sinif təşkilat saatlarında "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələlər keçirilib. Məşğələdə məktəbin psixoloqu Həsənova İlhamə mövzu barədə şagirdləri məlumatlandırıb. Məşğələdə, həmçinin, məktəbin həkimi, tibb bacısı da mövzu barədə şagirdlərə məlumat verib. Sonra uşaqlar qruplar üzrə "Sağlam qidalanma menyusu" tərtib edib və hər bir qrup öz menyusunu təqdim ediblər. Reproduktiv sağlamlıq üçün gigiyena və sağlam qidalanmanın önəmli olduğunu şərh ediblər. Ətraf mühitin insan sağlamlığına təsirini izah ediblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi