"Yol hərəkəti qaydalarına əməl edək, özümüzü təhlükələrdən qoruyaq" mövzusu ilə bağlı maarifləndirici tədbir keçirilib

    Ölkəmizdə bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsi, eləcə də yol infrastrukturu hər zaman inkişaf edir, yol şəbəkəsi genişlənir, yeni yollar çəkilir. Bu baxımdan yol hərəkəti təhlükəsizliyinin təmin olunması da əsas amil kimi önə çıxır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı ilə 2020 - 2023 - cü illər üçün Tədbirlər Planına əsasən 28 noyabr tarixində Məmmədova İlahə müəllimin rəhbərliyi, 4 B sinif şagirdlərinin iştirakı ilə "Yol hərəkəti qaydalarına əməl edək, özümüzü təhlükələrdən qoruyaq" mövzusu ilə bağlı maarifləndirici tədbir keçirilib. İlahə müəllim şagirdlərə yol mədəniyyəti, yol nişanları, yol hərəkəti qaydaları, maarifləndirici video çarxlar, qısametrajlı filmlər vasitəsi ilə məlumatlar çatdırılıb. Şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək, işıqforun rənglərini bilmək hamının borcudur. Ümumiyyətlə, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyatı təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi