"Müstəqil Azərbaycanın Memarı" mövzusunda konfrans keçirilib

    28 noyabr 2023 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxana müdiri Nağıyeva Cəmalənin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın Memarı" mövzusunda konfrans keçirilib. Konfransı məktəbin direktoru, Xəzər rayonu Yeni Azərbaycan Partiyasının sədr müavini Zeynəb Əliyevanın sözləri ilə açıq elan olunub. Əliyeva Zeynəb müəllim Heydər Əliyevin uzaqgörən siyasətini və bütöv Azərbaycanın təməl qurucusu olduğunu böyük fəxarətlə qeyd edib. Məktəbin TTİÜDM Zabitə İbrahimova "Heydər Əliyev: Dünənimiz, bu günümüz və sabahımız..." mövzusu ilə çıxış edib. Məktəbin təşkilatçı müavini Səlimova Mehriban da öz növbəsində Heydər Əliyevin "Musiqi və mədəniyyət" haqqında dəyərli fikirlərindən söhbət açıb.  Məktəbin əməkdar müəllimi İradə Zahidova "Heydər Əliyev və ana dilimiz" mövzusu ətrafında danışıb. Səyyah tarixçi Zümrüd Məmmədova "Heydər Əliyev: Azərbaycan xalqının irsi" fikirlərini, "Heydər Əliyev və zəfərə gedən yol" mövzusu ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülarə Salami, "Heydər Əliyev: Uşaqlar bizim gələcəyimizdir" mövzusunu məktəbin UBTR - i Səbinə Rəhimova, "Heydər Əliyev: Şuşa mədəniyyətimizin beşiyidir" mövzusunu məktəbin ibtidai sinif müəllimi Aynurə Cəfərova, "Heydər Əliyev: Neft və sənaye" haqqında məktəbin Kimya müəllimi Qarayev Məharət, "Heydər Əliyev: iqdisadi və yeni rayonların bərpası" haqqında olan fikirlərini məktəbin coğrafiya müəllimi İmaməliyeva Hökumə, "Heydər Əliyev və Ordu Quruculuğu" haqqında məktəbin GÇQH müəllimi Ceyhun Axundov, "Heydər Əliyev: İdman bizi yeniliklərə aparır" mövzusunda məktəbin fiziki tərbiyə müəllimi Elvin Abdullazadə konfrans iştirakçılarını yeni bilgilərlə məlumatlandırıb. Sonda Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş video çarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi