Şagirdlərimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bəxtiyar" tamaşasını izləyiblər

    24 noyabr 2023 - cü il tarixində Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin coğrafiya müəllimi rəhbəri olduğu 10 A sinif şagirdləri ilə birlikdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bəxtiyar" tamaşasını izləyiblər. Tofiq Quliyevin musiqiləri əsasında tamaşaya qoyulan bu səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını əks etdirən "Bəxtiyar" filminin motivləri əsasında hazırlanıb. Tamaşada dahi bəstəkarın bənzərsiz musiqiləri, canlı orkestrin müşayiəti ilə peşəkar aktyorların ifası şagirdlərdə xoş təəssüratlar yaradıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi