"Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib

    "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 - 2023 - cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə əlaqədar məktəbin Tədbirlər planına əsasən 27 noyabr tarixində yuxarı sinif şagirdlərinin iştirakı ilə "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin psixoloqu İlhamə Həsənova çıxış edərək bildirib ki, insan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır.

    Qızlar və oğlanlar hər gün öz evlərində və icmalarda – mediada, onlara qayğı göstərən böyüklər arasında gender bərabərsizliyini görürlər. Bu tədbiri keçirməkdə məqsəd şagirdləri maarifləndirmək, zorakılıqla mübarizəyə səsləməkdir. Tədbirın sonunda mövzu ilə əlaqədar şagirdləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi