"Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda profilaktik tədbir keçirilib

    24 noyabr tarixində Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin psixoloqu İlhamə Həsənova, biologiya fənnini tədris edən müəllim Abdullayeva Aysu və X sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda profilaktik tədbir keçirilib. Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən - ilə artmaqdadır. Psixoloq çıxışında bildirdi ki, narkotik maddələr tələdir. Bu tələyə bir dəfə düşən insanın ordan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QİÇS xəstəliyidir. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır. Bununla bağlı Aysu Abdullayeva və psixoloq İlhamə Həsənova şagirdləri bu bəlaya düçar olmamaq, narkotiklərdən uzaq durmaq mövqeyinin formalaşdırılması ilə nəticələnib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi