"80 gün dünya ətrafında" mövzusunda nümunəvi dərs

    24 noyabr 2023 - cü il tarixində məktəbin ibtidai sinif müəllimi Sara Quliyeva Azərbaycan dili fənnindən nümunəvi dərsi keçirilib. İngilis yazıçı Jül Vernin "80 gün dünya ətrafında" əsəri dərsin mövzusu idi. Müəllim dərsə eyni adlı əsərə çəkilmiş kino filmdən fraqment göstərməklə şagirdlərin diqqətini mövzuya yönəltdi. Daha sonra şagirdlər dərsin mövzusu olan mətnin ikinci hissəsini oxuyaraq oxu bacarıqlarını nümayiş etdiriblər. Müəllim dərsin mövzusuna uyğun olaraq həyat bilgisi fənninin mövzuları ilə dərsi əlaqələndirdi. Şagirdlər sadəcə mövzu ətrafında Yer kürəsini virtual səyahət etmədilər. Onlar bununla yanaşı üçüncü sinifdə keçdikləri dil qaydaları ətrafında da səyahətlərini davam etdirdilər. İş dəftəri əsasında mətnin məzmunu ilə, iş vərəqləri əsasında dil qaydaları ətrafında təqdimatlar etdilər. Sinifdəki sağlam psixoloji mühit, şagirdlərin fəallığı, mövzuya geniş prizmadan yanaşmaları, fikirlərini sərbəst şəkildə ifadə etmələri, müəllimin İKT imkanlarından düzgün istifadə etməsi keçirilən dərsi maraqlı edirdi. Dərsin diqqət çəkici məqamlarından biri də mövzunun 44 günlük möhtəşəm qələbəmizlə əlaqələndirilməsi oldu. Şagirdlər dəyərlərimizə sahib çıxmağımızın, onlara sevgi ilə yanaşmağımızın önəmini vurğuladılar. Dərsin müzakirəsi zamanı məktəbin t.t.i.ü direktor müavini Zabitə İbrahimova, ibtidai siniflərin metodbirləşmə sədri Səhər Abdullayeva müəllimə maraqlı dərs üçün təşəkkür etdilər, Sara müəlliməyə tövsiyələrini bildirdilər. Dərsdə iştirak edən müxtəlif fənn müəllimləri Sara müəllimi təbrik edib, ona uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi