"Hər sözün bir taleyi var" mövzusuna aid nümunəvi dərs keçirilib

    24 noyabr 2023 - cü il tarixində Ə.Əliyev adına 125 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Salami Gülarənin Azərbaycan dili fənnindən ümumiləşdirici təkrar "Hər sözün bir taleyi var" bölməsinin yekununa aid nümunəvi dərs keçirilib. Dərs alt standartlardan çıxarılmış təlim nəticələrinin reallaşdırılması mərhələləri əhatə edərək aparılıb. Müəllim - şagird münasibətlərindəki səmimiyyətə əsaslanan dərs şagirdlərin bilik və bacarıqlarını tətbiq edərək vərdişə çevrilməsi ilə yekunlaşıb. Dərsdə müxtəlif təlim üsullarından, elektron lövhədən məqsədli şəkildə istifadə olunub. Fənlərarası və fənüstü əlaqələr mövzunun hərtərəfli qavranılmasına yönəlib. Dərs şagird fəallığı ilə diqqət cəlb edib. Dərsi dinləyən məktəb rəhbərliyi və müəllimlər dərslə bağlı rəylərini bildirərək təhlillər aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi