"Sənin İlk Ensiklopediyan" adlı tədbir keçirilib

Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin kitabxana müdiri Nağıyeva Cəmalənin və III B sinif rəhbəri Quliyeva Sara müəllimin təşkilatçılığı ilə "Sənin İlk Ensiklopediyan" adlı tədbir keçirilib. Tədbirdə Cəmalə Nağıyeva ilk növbədə ensiklopediyanın insanlar və cəmiyyətimiz üçün nə qədər önəmli olduğunu açıqlayıb. Ensiklopediya biliyin bütün və yaxud müəyyən ayrı -ayrı sahələrinə aid ĺüğət şəklində sistemə salınmış məlumatlar toplusu olduğunu vurğulayıb. Ensiklopediyanın həm də ölkə haqqında ilkin təsəvvür yükü daşıdığını cəmiyyətimiz üçün nə kimi əhəmiyyəti olduğunu şagirdlərin nəzərinə çatdırıb. "Elmin bir çox sahələrini əhatə edən, hər şeyi qavrayan, çoxcəhətli məlumat, bilik demekdir" cümləsini də Sara müəllim bir daha vurğulayıb. Şagirdlər də öz növbəsində ensikpolediyaya olan maraq və diqqətlərini bildirərək, onlardan necə istifadə etmək qaydasını öyrəniblər.