Fənn olimpiadasının məktəb turu keçirilib

Elm və Təhsil Nazirliyinin keçirəcəyi Fənn olimpiadasına hazırlığı təmin etmək məqsədilə Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə 4 noyabr tarixində VIII - IX - X - Xl siniflər üzrə Fənn olimpiadasının məktəb turu keçirilib. Fənn olimpiadası tədris dili, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix fənləri üzrə təşkil olunub. Fənn olimpiadası məktəb rəhbərliyi, nəzarətçi müəllimlərin iştirakı ilə keçirilib. Fənn olimpiadasının keçirilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılmasıdır.