"Riyaziyyat aylığı" çərçivəsində növbəti nümunəvi dərs

    Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə "Riyaziyyat aylığı" çərçivəsində oktyabrın 27 - də növbəti nümunəvi dərs keçirilib. Dərs II A sinfində müəllim Qasımova Təranə tərəfindən "Məsələ həlli" mövzusunda olub. Dərsdə məktəb rəhbərliyi, ibtidai sinif metodbirləşməsinin müəllimləri, riyaziyyat və məktəbdə yenicə fəaliyyətə başlayan gənc müəllimlər iştirak edib. Dərs alt standarta uyğun təşkil olunub, fənlərarası inteqrasiya yüksək səviyyədə qurulub. Dərsdə şagirdlər çox fəal iştirak edərək, biliklərini nümayiş etdiriblər. Dərsin sonunda məktəb rəhbərliyi və müəllimlər dərs haqqında müsbət fikirdə olduqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi