Məktəbdaxili "Zəfər dastanı" adlı respublika şeir və mahnı müsabiqəsi

    Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu müqəddəs amal uğrunda qazandığımız qələbənin qeyd edilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin dəstəyi, "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi"nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Zəfər dastanı" adlı onlayn respublika şeir və mahnı müsabiqəsində məktəbimizin fəal şagirdləri müsabiqənin məktəb mərhələsində iştirak ediblər. Seçilən şagirdlər müsabiqənin II mərhələsinə keçid alıb. Şagirdlərimizə növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi