Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi

2022 - ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28 -i Müstəqillik Günü, oktyabrın 18 - i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu münasibətlə Ə. Əliyev adına 125 nömrəli tam orta məktəbin 3 C, 7 C sinif şagirdləri ibtidai sinif müəllimi Həmdullayeva Vüsalənin rəhbərliyi ilə "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Müstəqilliyimizin bərpası uğrunda böyük işlər görmüş Heydər Əliyevin, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şagirdlər xalqımızın müstəqilliyə qovuşması haqqında məlumatlar səsləndirib, vətənpərvərlik ruhunda şeirlər, mahnılar, rəqslərlə çıxışlar ediblər. 2 C sinif şagirdi Məmmədov Həsənin ifasında "Xudayar təsnifi" səslənib. Rəngarəng çıxışlar yaddaşlarda xoş təəssüratlar yaradıb. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir.
1993 - cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Xalqın bu arzusunu prezident İlham Əliyev reallaşdırdı. 2020 - ci ildə 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!