124 nömrəli məktəbdə 11-ci sinif məzunlarına attestatlar təqdim olundu.

19.06.2025-ci il tarixində F. Gözəlov adına 124 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdlərinə attestatların təqdimetmə mərasimi keçirildi. Tədbirdə məktəbin direktoru Reyhan Ələkbərova çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı. Direktor öz çıxışında vurğuladı ki, bu gün gənclərimiz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verməyə qadirdirlər. O, müəllim kollektivinə və valideynlərə də təşəkkür edərək, onların əməyi sayəsində bu uğurların əldə olunduğunu qeyd etdi.