Fəal və istedadlı şagird

F. Gözəlov adına 124 nömrəli tam orta məktəbin 4b sinif şagirdi B. Dürdanə incəsənətin bütün sahələrinə böyük maraq göstərir. Kiçik yaşlarından rəqs dərnəyinə qatılmış və müxtəlif festivallarda, eləcə də televiziya verilişlərində uğurla iştirak etmişdir. Space telekanalında yayımlanan “Mən böyümüşəm” verilişindəki uğurlu çıxışına görə diploma layiq görülmüşdür.
Dürdanə sinif və məktəb tədbirlərində də fəallığı ilə seçilmişdir. Hal-hazırda “Azərbaycan İncəsənət Məktəbi”ndə təhsilini davam etdirir. Bu yolda məktəbin direktoru Ələkbərova Reyhan, sinif rəhbəri Əliyeva Rəvanə və valideynləri ona daim mənəvi dəstək göstərmişlər.