Kiçik Akademiya

Qarabağda yeni kəndKiçik Akademiyanın Təbiət bölməsinin üzvləri 7g sinif şagirdləri: Zəhra, Ayan, Nuray, Rüfət “Qarabağda yeni kənd” mövzusunda araşdırma aparıb, layihə hazırlayıb. Bu layihədə işğaldan azad olunmuş torpaqlarda məskunlaşan insanlara dəstək olmaq ümidi ilə işə başlanılıb. Çayın sahilində yerləşən bu kənddə elektrik enerjisi çayda quraşdırılmış kiçik SES-dan əldə olunur. Tikilən evlərdə istifadə olunan materiallar, ərazidə yerləşən vulkanik süxurlardan əldə olunmuş materiallardır. Elmi rəhbər: Mərdanova Vüsalə

Ətraflı

Arduino ilə yeni baxışKiçik Akademiyanın növbəti layihəsi Arduino eynəyidir. Bu arduino vasitəsi ilə gözü görməyən insanlara maneələri xəbərdar etmək üçün eynək və qolbağıdır. Həmçinin əldə tutmaq da olar. 9ə sinif şagirdi Nuri Mirsəttar və elmi rəhbər İsmayılova Zeynab

Ətraflı

Kiçik ixtiraçılarımız124 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri Salamzadə Mina və Allahverdiyev Rahibin ixtirası poverbankdır. Elektrik olmadığı halda istifadə olunan poverbank həm də başqa məqsədlər üçün də istifadə olunur. Məsələn: işıq yanmayanda az da olsa evi işıqlandırmaq üçün .Bu poverbankın üstünlüyü ondadır ki, həm elektrik, həm də günəş enerjisi yükləyir. Elmi rəhbər İməktəbimizin riyaziyyat müəllimi İsmayılova Zeynab müəllimədir.

Ətraflı

İşğaldan azad olunmuş ərazilər və sakinlərMayın 22-də Kiçik Akademiyanın növbəti qrup üzrə işi , işğaldan azad olunmuş torpaqlarda yenidənqurma prosesləri haqqında tanışlıq olub.İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur.Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştiraki ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib. Humanitar fənlər üzrə kafedrası tarix müəllimi Ə.Birdanə ,8E sinfi şagirdləri: Həbilov Məhəmməd, Fərəcli Elcan, Qədirov Həsən, Məmişova Mənzər, Seyidova Fatimə və Əliyev Məhəmməd

Ətraflı

Hökmdar şairlərHökmdar şairlər və onların yaradıcılığı üzrə araşdırma işi aparılıb.Sərt xarakterli xalqı idarə edən, onun taleyi ilə bağlı qərarları tərəddüt etmədən verə bilən müəlliflərin necə incəruhlu əsərlər yazması, gözəlliyi, məhəbbəti, təbiəti əlvan boyalarla tərənnüm etməsi şagirdlərin marağına səbəb olub. Rəhbər: İsmayılova Günel Tədqiqatçılar: 8A sinif şagirdləri ( Əlizadə Banuçiçək, Adilova Fidan,Mahmudzadə Zəkiyyə 8B sinif şagirdləri (Rzazadə Rəna, Əliyeva Əsli)

Ətraflı

Kiçik Akademiyanın “Təbiətdən incəsənətə” mövzusunda tədqiqta işiHumanitar fənlər kafedrası üzrə 8Ç sinif şagirdləri Mirzəyeva Nuray, Quliyeva Gülər, Babayeva Könül, Həsənov Dəniz, Məmmədova Zərəfşan, Həsənli Fatimə “Təbiətdən incəsənətə” mövzusunda tədqiqat aparıb.

Ətraflı

“Kiçik Akademiya” nın iclasıBakı şəhəri üzrə təhsil idarəsinin F-103№-li əmrini icra etmək məqsədilə məktəbdə “Kiçik Akademiya”nın fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Kiçik Akademiya”nın növbəti iclası keçirildi. İclasda “KA” rəbərləri və üzvləri iştirak edib. Şagirdlərə müəyyən tövsiyyələr verilib. Məruzə və çıxışlar əsasında çıxarılan qərarların icrası “KA” üzvlərinə tapşırılıb.

Ətraflı

“ KA “ üzvlərinin “Ekologiya” mövzusunda tədqiqat işiHumanitar fənlər kafedrası üzrə 8C sinif şagirdləri Novruzova Xədicə , Salamzadə Mina , Mənsimova Şəms “Ekologiya” mövzusunda tədqiqat aparmışdır. Onlara bu işdə elmi rəhbəri Mərdanova Vüsalə kömək etmisdir. Mövzu ilə bağlı hazırladığı təqdimatda içinin məqsədini ,mahiyyətini ətraflı izah etmisdir. Təqdimatda mövzuya uyğun olaraq fotolar yer almışdır.

Ətraflı

Coğrafiya fənni üzrə açıq dərsMəktəbdə 2022-ci ilin 10 yanvar tarixində "Kiçik Akademiya "nın növbəti açıq dərsi keçirilmiçdi. Coğrafiya müəlliməsi Mərdanova Vüsalə 8A sinfi ilə maraqlı mövzu olan "Kosmosun öyrənilməsi" haqqında açıq dərs keçirdi. Dərsdə əsasən qruplarla iş aparıldı.Müəllimə qruplara tapşırıqlar verdi.Onlar tez bir zamanda işlərini yerinə yetirdilər və müəlimləri tərəfindən layiqincə qiymətləndirildilər.

Ətraflı

"Kiçik Akademiya " nın tarix fənni üzrə açıq dərsi20 dekabr 2021-ci il tarixində "Kiçik Akademiya " nın növbəti təqdimatı keçirildi. Məktəbin tarix müəlliməsi Əzizova Birdanə 8B sinfində "Açıq dərs" verdi. "Açıq dərs" in mövzusu Azərbaycan və Səlcuqlar idi. Dərsdə müzakirə, tədqiqatçılıq, BİBÖ,Venn diaqramı tılim üsullarından istifadə olundu. Fərdi və qruplarla iş aparıldı.Müəllimə qruplarla müəyyən işlər aparıldı.Tapşırıqlar verildi.Sonda məktəb rəhbərliyi tərəfindən dərsin gedişatı müzakirə olundu.

Ətraflı

Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiya barədə ümumi məlumatAzərbaycan Respublikası Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 №-li əmrinə əsasən F.Gözəlov adına 124 №-li tam orta məktəbdə “Kiçik Akademiya” 1 mart 2019-cu il tarixdə fəaliyyətə başlayıb. Kiçik Akademiyanın yaradılmasının məqsədi VIII- XI siniflər arasından yaradıcılıq qabiliyyətli, o cümlədən tədqiqatçılıq vərdişlərinin formalaşması ilə fərqlənən şagirdlərin bir arada fəaliyyət göstərməsindən ibarətdir. Kiçik Akademiya daxilində gənc tədqiqatçıların kiçik elmi araşdırmalar aparması, məruzə və referatların hazırlaması, birgə elmi layihələrdə iştirakı başlıca hədəfə çevrilmişdir. Məktəbdə Kiçik Akademiya çərçivəsində zəruri işlər həyata keçirilib; humanitar, təbiət, fizika – riyaziyyat, texniki bölmələr fəaliyyət göstərir. Bölmələr daxilində kafedralar yaradılıb. Humanitar bölmədə - Azərbaycan dili, tarix, digər xarici dillərin kafedraları mövcuddur. Kiçik Akademiyanın hər bir bölmə üzrə fəaliyyət palanı hazırlanıb, təsdiq olunub. Kiçik Akademiya bölmələri üzrə şagirdlərin meyl və maraqları nəzərə alınaraq üzvlüyə qəbul olunub. Kiçik Akademiyanın üzvləri müəllimlərin köməyi ilə müxtəlif istiqamətli yaradıcılıq işləri, məruzələr, referatlar hazırlayıblar. Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq, hər kafedranın yeni tədqiqatları müəyyən aylarda referat, məruzə, dəyirmi masa, təqdimat formasında ortaya çıxarılıb qiymətləndirilir. Yeni yaranan Akademiyanın az vaxtda aşağıda göstərilən tədqiqat işləri görülüb. 1.Məmmədzadə Nigar- 11 b sinif şagirdi “Azərbaycan Baharlı dövləti” 2.Yusibzadə Gülşən -10b sinif şagirdi- “Din haqqında” 3.Quluzadə Banu - VIII d “Bakı şəhərinin floara və faunası” Məktəb Kiçik Akademiyasının tərkibi aşağıdakı kimidir. Prezident – Qədirova Gülnar (direktor müavini) I vitse prezident –İsmayılova Kifayət (tarix müəllimi) II vitse prezident - Yusifova Simrida XIb III vitse prezident - Rzayeva Utarida 9e Kafedra rəhbərləri: 1.Azərbaycan dili və Ədəbiyyat kafedrası -Baxışov Səbuhi 10 b 2.Təsviri incəsənət kafedrası – Məmmədov Asiman XI b 3. Fizika kafedrası – Orucova Xədicə XIb 4.Coğrafiya kafedrası – Fazilov Anar 9e 5.Riyaziyyat kafedrası - Rəhimova Pərinaz 9 b 6.İnformatika kafedrası – Abdullazadə Nahid 8 7.Tarix kafedrası –Yusibzadə Gülşən – 10B 8.Kimya – biologiya kafedrası – Orucov Hacı 11b 9.Musiqi kafedrası- Pənahov Ramil Xair 7a 10.Xarici dillər kafedrası – Bəşirova Nuray 8d Məktəbimizin “Kiçik Akademiya”sı öz fəaliyyətində elmin inkişafında gənc tədqiqatçıların rolunu artırmaqla , onların əldə etdikləri təhsilin elmi tədqiqat əsasında realığa çevrilməsini təmin etməkdən ibarətdir. Ümumilikdə, “Kiçik Akademiya”nın daxilində 84 nəfər şagird fəaliyyət göstərir.Onların 20 nəfəri – VIII sinifdə, 12 nəfəri IX sinifdə, 22 nəfəri X sinifdə, 30 nəfəri XI sinifdə təhsil alır.

Ətraflı
HAQQIMIZDA

F.Gözəlov adına 124 nömrəli tam orta məktəb Bakı şəhəri Xəzər rayonunda yerləşir. Məktəb 1920-ci ildə N.Məmmədov küçəsi 1ünvanında birtipli, 520 yerlik binaya köçürülmüşdür.1989-ci ildə məkt...

BİZİM FƏXRLƏRİMİZ

Fidan Muradova Rövşən

Nemət Mahmudov Nəhməd

HAQQIMIZDA

F.Gözəlov adına 124 nömrəli tam orta məktəb Bakı şəhəri Xəzər rayonunda yerləşir. Məktəb 1920-ci ildə N.Məmmədov küçəsi 1ünvanında birtipli, 520 yerlik binaya köçürülmüşdür.1989-ci ildə məkt...

BİZİM FƏXRLƏRİMİZ

Fidan Muradova Rövşən

Nemət Mahmudov Nəhməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi