Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiya barədə ümumi məlumat

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 №-li əmrinə əsasən F.Gözəlov adına 124 №-li tam orta məktəbdə “Kiçik Akademiya” 1 mart 2019-cu il tarixdə fəaliyyətə başlayıb. Kiçik Akademiyanın yaradılmasının məqsədi VIII- XI siniflər arasından yaradıcılıq qabiliyyətli, o cümlədən tədqiqatçılıq vərdişlərinin formalaşması ilə fərqlənən şagirdlərin bir arada fəaliyyət göstərməsindən ibarətdir. Kiçik Akademiya daxilində gənc tədqiqatçıların kiçik elmi araşdırmalar aparması, məruzə və referatların hazırlaması, birgə elmi layihələrdə iştirakı başlıca hədəfə çevrilmişdir. Məktəbdə Kiçik Akademiya çərçivəsində zəruri işlər həyata keçirilib; humanitar, təbiət, fizika – riyaziyyat, texniki bölmələr fəaliyyət göstərir. Bölmələr daxilində kafedralar yaradılıb. Humanitar bölmədə - Azərbaycan dili, tarix, digər xarici dillərin kafedraları mövcuddur. Kiçik Akademiyanın hər bir bölmə üzrə fəaliyyət palanı hazırlanıb, təsdiq olunub. Kiçik Akademiya bölmələri üzrə şagirdlərin meyl və maraqları nəzərə alınaraq üzvlüyə qəbul olunub. Kiçik Akademiyanın üzvləri müəllimlərin köməyi ilə müxtəlif istiqamətli yaradıcılıq işləri, məruzələr, referatlar hazırlayıblar. Kiçik Akademiyanın fəaliyyət planına uyğun olaraq, hər kafedranın yeni tədqiqatları müəyyən aylarda referat, məruzə, dəyirmi masa, təqdimat formasında ortaya çıxarılıb qiymətləndirilir. Yeni yaranan Akademiyanın az vaxtda aşağıda göstərilən tədqiqat işləri görülüb. 1.Məmmədzadə Nigar- 11 b sinif şagirdi “Azərbaycan Baharlı dövləti” 2.Yusibzadə Gülşən -10b sinif şagirdi- “Din haqqında” 3.Quluzadə Banu - VIII d “Bakı şəhərinin floara və faunası” Məktəb Kiçik Akademiyasının tərkibi aşağıdakı kimidir. Prezident – Qədirova Gülnar (direktor müavini) I vitse prezident –İsmayılova Kifayət (tarix müəllimi) II vitse prezident - Yusifova Simrida XIb III vitse prezident - Rzayeva Utarida 9e Kafedra rəhbərləri: 1.Azərbaycan dili və Ədəbiyyat kafedrası -Baxışov Səbuhi 10 b 2.Təsviri incəsənət kafedrası – Məmmədov Asiman XI b 3. Fizika kafedrası – Orucova Xədicə XIb 4.Coğrafiya kafedrası – Fazilov Anar 9e 5.Riyaziyyat kafedrası - Rəhimova Pərinaz 9 b 6.İnformatika kafedrası – Abdullazadə Nahid 8 7.Tarix kafedrası –Yusibzadə Gülşən – 10B 8.Kimya – biologiya kafedrası – Orucov Hacı 11b 9.Musiqi kafedrası- Pənahov Ramil Xair 7a 10.Xarici dillər kafedrası – Bəşirova Nuray 8d Məktəbimizin “Kiçik Akademiya”sı öz fəaliyyətində elmin inkişafında gənc tədqiqatçıların rolunu artırmaqla , onların əldə etdikləri təhsilin elmi tədqiqat əsasında realığa çevrilməsini təmin etməkdən ibarətdir. Ümumilikdə, “Kiçik Akademiya”nın daxilində 84 nəfər şagird fəaliyyət göstərir.Onların 20 nəfəri – VIII sinifdə, 12 nəfəri IX sinifdə, 22 nəfəri X sinifdə, 30 nəfəri XI sinifdə təhsil alır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi