FƏXRİMİZ

Füzuli Vasif oğlu Gözəlov

Füzuli Vasif oğlu Gözəlov 1970-ci il oktyabrın 17-də Bakı şəhərinin Şağan kəndində anadan olub.

1985-ci il Şağan kənd məktəbinin 8-ci sinfini bitirib.Sonra 101 saylı Texniki-peşə məktəbinə daxil olaraq traktor-avtomobil sürücüsü peşəsinə yiyələnib.

1988-ci ildə həqiqi hərbi xidmətə yollanıb.Uzaq Şərqin  Vladivastok vilayətində hərbi xidmətə başlayıb.O,dənizçi-yanğınsöndürən bölüyündə xidmət etmiş, öz xidməti ərzində dəfələrlə od-alovla mübarizə apara-apara bərkimişdi.

Füzuli öz əsgərlik xidmətini başa vurub vətənə dönəndən sonra Bakı Metropoliteninin Nərimanov adına Deposunda çilingər işləməyə başlayıb.İl yarım işlədikdən sonra 1992-ci ildə mənfur düşmənlə döyüşmək üçün könüllü müharibəyə gedib.Füzulinin döyüş yolu Zəngilan rayonunun Şayıflı kəndindən başlayıb.Neçə-neçə qanlı döyüşlərin istirakçısı olub.Sonralar onun xidmət etdiyi hərbi hissə Füzuli rayonunun müdafiəsinə göndərilib.Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərin birində 1994-cü il yanvarın 6-dan 7-nə keçən gecə şəhidliyin ən yüksək zirvəsinə ucalıb.Füzulinin qəbri Şağan kəndindəki məzarlıqdadır.

Nazirlər kabinetinin 4 avqust 1994­­-cü il qərarı ilə Şağan kənd 124N-li tam orta məktəb Füzuli Gözəlovun adını daşıyır.Məktəbin önündə onun tunc heykəli ucalır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi