“Əlifba bayramı”

124 nömrəli tam orta məktəbdə 1-ci sinif şagirdlərinin ilk tədbiri – “Əlifba bayramı” böyük sevinclə keçirildi. Tədbirdə balaca şagirdlər il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar oxudular və rəqslər etdilər. Bu tədbir onların məktəb həyatına atdıqları ilk addımların sevincini paylaşmaq və özünəinamlarını gücləndirmək məqsədi daşıyırdı. Müəllimlər və valideynlər şagirdlərin çıxışlarını qürurla izlədilər. Məktəb rəhbərliyi bütün birinciləri, onların fədakar müəllimlərini və qayğıkeş valideynlərini ürəkdən təbrik etdi.