“Son zəng” ə hazırlıq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Son zəng” tədbiri ilə bağlı tələblərlə müəllim kollektivi ilə tanış etmək üçün məktəbdə növbədənkənar Pedaqoji Şura keçirildi. Direktor Ələkbərova Reyhan tədbirin təşkili sahəsində tənzimləyici tədbirlərin zəruriliyindən danışdı. Müəllimləri qaydalarla tanış etdi və tələblərin ciddi riayət olunmasını kollektivin nəzərinə çatdırdı.