"Qalib xalqın müstəqilliyi " adlı ədəbi bədii gecə

27.05. 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şağan qəsəbə Mədəniyyət Mərkəzində 28 May Müstəqillik Günü münasibətilə "Qalib xalqın müstəqilliyi " adlı ədəbi bədii gecə keçirildi .
Tədbirin rəsmi hissəsində 124 saylı tam orta məktəbin direktoru Reyhan Ələkbərova və həmin məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Sevinc Atayeva çıxış edərək , müstəqillik tariximiz barədə ətraflı söhbət açdılar , hər kəsi bayram münasibətilə təbrik etdilər .
Bədii hissədə Şağan qəsəbə Mədəniyyət Mərkəzinin direktoru , gənc ifaçı Tərlan Məlikzadə , Respublika birincisi "Kiçik Qala " rəqs qrupu, gənc müğənnilər Elmar Elşad oğlu , Səma Vüqarlı , 124 saylı məktəbin 3-cü sinif şagirdi Zəhra Qədəşzadə , mərkəzin bədii özfəaliyyət dərnəyinin üzvü , istedadlı ifaçı Sevinc Süleymanzadə bir birindən rəngarəng ifalarla tamaşaçıların zövqünü oxşadılar . Mərkəzin H.Xanızadə adına bədii qiraət dərnəyinin üzvləri vətənə aid şeirlər səsləndirdilər .
Sonda bütün iştirakçılar ilə xatirə şəkilləri çəkdirildi .