Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mahnı müsabiqəsi

03.06.2025-ci il tarixində məktəbimizdə Rus dili müəllimi İ. Gülçöhrənin təşəbbüsü ilə 5-ci sinif şagirdləri arasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rus dilində mahnı müsabiqəsi keçirildi.

     Müsabiqədə 5a, 5f, 5ç və 5c siniflərinin komandaları fəal iştirak etdilər. Səhnə mədəniyyəti, dil bacarığı və yaradıcılıqları ilə seçilən komandalar məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olundu.

     Bu tədbir şagirdlərin dil öyrənməyə olan marağını artırmaqla yanaşı, onların estetik zövqünün formalaşmasına və kollektivdə işləmək bacarıqlarının inkişafına da töhfə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi