4f sinfi - Kiçik məzunlarımız

30.05.2025-ci il tarixində məktəbimizdə 4f sinfinin ibtidai təhsili başa vurması münasibətilə tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca şagirdlərimizin iştirakı ilə klassik “Qırmızı papaq” nağılı müasir versiyada səhnələşdirilərək maraqla qarşılandı. Qızlarımız milli qürurumuzun simvolu sayılan “Xarı bülbül” rəqsini böyük zövqlə ifa etdilər. Daha sonra onların iştirakı ilə enerjili və müasir “Pon-pon” rəqsi nümayiş olundu. Oğlan və qız şagirdlərimizin milli geyimlərdə “Xudayar təsnifi”nin sədaları altında ifa etdikləri rəqs isə tədbirə xüsusi milli ruh və emosional ab-hava qatdı.
Sonda məktəbimizin dəyərli direktoru Ələkbərova Reyhan şagirdlərimizi diplomlarla təltif etdi, onlara gələcək təhsillərində və həyat yollarında uğurlar arzuladı.