2ə sinfinin 1 İyun qələbəsi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə təşkil olunan şənlik və yarışmalar uşaqların böyük sevincinə səbəb oldu. Keçirilən müsabiqədə 2Ə sinfi fəal iştirakı ilə fərqlənərək qalib adını qazandı.

Sinif rəhbəri Vəfa müəllimənin rəhbərliyi ilə şagirdlərimiz yüksək nəticə göstərərək həm müəllimlərini, həm də məktəb kollektivini sevindirdilər.

Qazandıqları bu nailiyyət münasibətilə məktəbin direktoru Ə.Reyhan Vəfa müəlliməni və 2Ə sinfinin şagirdlərini ürəkdən təbrik etdi, onlara gələcək təhsillərində və şəxsi inkişaflarında uğurlar arzuladı!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi