Peşəkarlıq və uğur

    Məktəbimizin tarix müəllimi Ülvi Məmmədov və 11-ci sinif şagirdi  Aybəniz  Kazımova tədris ili ərzində göstərdikləri yüksək nəticələr və uğurlu fəaliyyətlərinə görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və Diplomla təltif olunublar.

Ülvi Məmmədov tarix fənninin tədrisində nümayiş etdirdiyi peşəkarlıq, şagirdlərlə səmərəli iş üslubu və fənnə marağın artırılması sahəsindəki fəaliyyətinə görə xüsusi olaraq fərqləndirilib.

11-ci sinif şagirdimiz  Aybəniz Kazımzadə tam orta məktəbi müvəffəqiyyətlə bitirməklə yanaşı Respublika Fənn Olimpiadasında (RFO) tarix fənni üzrə bürünc medal qazanaraq məktəbimizin adını  yüksəklərə qaldırıb.

Məktəbimizin direktoru Reyhan Ələkbərova müəllim və şagirdimizi səmimi şəkildə təbrik edərək onların uğurlarını bütün məktəb kollektivi üçün ilhamverici nümunə kimi dəyərləndirmişdir.

  Bu münasibətlə kollektiv adından da ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük zirvələr arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi