“Son zəng” tədbiri

F. Gözəlov adına 124 nömrəli tam orta məktəbdə ənənəvi “Son zəng” tədbiri böyük təntənə və duyğusal anlarla qeyd olundu. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər, məzunlar və xüsusi qonaq qismində bir şəhid anası iştirak etdi.

   Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbin direktoru, müəllimlər və valideynlər çıxış edərək XI sinif şagirdlərinə gələcək həyat yollarında uğurlar arzuladılar. Onların məktəbdə keçirdikləri illər, qazandıqları uğurlar və göstərdikləri nümunəvi davranış xüsusi vurğulandı.

    Tədbir məktəblilər tərəfindən hazırlanan maraqlı bədii kompozisiya, musiqi və rəqs nömrələri ilə davam etdi. Şagirdlər öz müəllimlərinə və məktəbə olan sevgilərini sözlər və səhnəciklərlə ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi